Мordoviya məhkəməsi məktəblərdə hicab qadağasını ləğv etdi

Мordoviya məhkəməsi məktəblərdə hicab qadağasını ləğv etdi

Rusiya Federasiyasının tərkibindəki Мordoviya Respublikasının Romodanovskiy rayon məhkəməsi məktəbdə hicab geyinilməsinə tətbiq olunan qadağanı ləğv edib.
 
Deyerler.org İslam.ru saytına istinadən xəbər verir ki, iddiaçı tərəfin vəkili Marat Həşimov bu barədə açıqlamasında qeyd edib: "Prosesin nəticəsi belədir - Hicab geyinilməsilə bağlı qadağa və qərar ləğv edilib. Sadəcə müəllimələrin mənəvi ziyana görə təzminat tələb etmələrinə imtina edilib. Əslində bu tələb simvolik məbləği əks etdirirdi. Məbləğ 5 min rubl olaraq müəyyən edilmişdi".
 
Xatırladaq ki, 2016-cı ilin dekabrında Belozerevskoy orta məktəb rəhbərliyi hicab geyinərək, iş yerinə gələn 13 müəlliməyə intizam alınması barədə əmr imzalamışdı. Müəllimələrə töhmət verilmişdir. İddiaçı müəllimələr töhmətin qanunsuz olması barədə isə məhkəməyə şikayət etmişdilər.
 

Google+ WhatsApp ok.ru