“Skripal işi”ndə şübhəlilər açıqlandı 05 Sentyabr 2018 01:00 Xəbərlər İngiltərə hüquq-mühafizə orqanları martın 4-də Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripalın qızı Yuliya ilə birlikdə Salisburi şəhərində zəhərlənməsində şübhəli bilinən 2 nəfərin adını açıqlayıb. Maide.Az “Ahaber”ə istinadən xəbər verir ki, onlar Rusiya vətəndaşları Aleksandr Petrovla Ruslan Boşirovdur. Hər iki şübhəli 40 yaşlarındadır. London polisi bildirib ki, şübhəlilər martın 2-də Londona gəliblər. Petrovla Boşirovun qaldığı oteldə zəhərləyici maddə olan “Noviçok”un izləri tapılıb. Teqlər : #Skripal işində şübhəlilər açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaponiyada son 25 ilin ən şiddətli tayfunu - Fotolar Pensiya təyinatı tam elektronlaşacaq