Ərbəin yürüşünün təhlükəsizliyi üçün pilotsuz təyyarələrdən istifadə ediləcək

Ərbəin yürüşünün təhlükəsizliyi üçün pilotsuz təyyarələrdən istifadə ediləcək

İran polisi yaxınlaşan Ərbəin yürüşünün təhlükəsizliyini təmin etmək üçün pilotsuz təyyarələrdən istifadə edəcək.   

Jurnalistlərə açıqlama verən İran baş polis rəisi general Hüseyn Əştəri bildirib ki, İran polisi Müdafiə Nazirliyindən aldığı 12 ədəd pilotsuz təyyarə ilə "Ərbəin" yürüşünə qatılmaq istəyən vətəndaşların təhlükəsizliyini təmin edəcək.   

O, həmçinin qeyd edib ki, sərhəddən qeyri-qanuni girişləri təsbit ediblər: "Sərhəddən qaçaq yollarla keçmək istəyənlərə qarşı mübarizə gücləndiriləcək".   

Qeyd edək ki, İran polisi Müdafiə Nazirliyindən yeni pilotsuz təyyarələr, vertolyotlar və digər hərbi texnika alıb. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru