Ərdoğan nüvə silahlarıyla bağlı gözlənilməz açıqlama verdi

Ərdoğan nüvə silahlarıyla bağlı gözlənilməz açıqlama verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nüvə silahlarıyla bağlı gözlənilməz açıqlama verib.   

Prezident vurğulayıb ki, Türkiyə nüvə silahlarına sahib deyil.   

"Bəzilərinin əlində nüvə başlıqları var. Bu bir və ya iki dənə deyil. Amma mənim də əlimdə nüvə silahlarının olmasını istəyirlər. Mən bunu qəbul etmirəm.

Hal hazırda inkişaf etmiş ölkələr arasında nüvə silahına sahib olmayan dövlət yoxdur. Hamısında var.

Hətta hal hazırda vaxtilə prezident olan biri görüş zamanı mənə "bizim əlimizdə 7 min 500 ədəd nüvə başlığı var. Lakin ABŞ və Rusiyanın 12 500 və 15 min ədəd nüvə başlığı mövcuddur", dedi.

Görürsünüz bəziləri nüvə başlığına görə yarışırlar. Bizə də "eləmə ha", deyə bildirirlər. Hətta İsraildə belə bu silahdan var. Hamını bu silahla qorxudur", - deyə Prezident Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb.   

Qeyd edək ki, Türkiyə 1980-ci ildə nüvə silahlarının yayılmasını qadağan edən razılaşmanı və nüvə silahlarının yoxlanmasını qadağan edən paktı imzalayıb. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru