‘İslam və tibb’ elmi-praktik konfransı keçiriləcəkdir

‘İslam və tibb’ elmi-praktik konfransı keçiriləcəkdir

Rusiyanın Kazan şəhərində "İslam və tibb" adlı I elmi-praktik konfrans keçirilib.
 
Maide.Az "İslam.ru" saytına istinadla xəbər verir ki, tədbir Rusiya Federasiyasının Müsəlman həkimlər və orta tibb personalları Birliyi tərəfindən təşkil olunub.
 
Konfrans əsnasında, İslam baxımından tibbin müxtəlif sahələrindən olan mütəxəssislər alkoqolizm və narkomaniya kimi dövrümüzün ən problemli xəstəliklərini müzakirə edilib. Həmçinin, nümayəndələr abort, sağlam həyat tərzi, düzgün bəslənmə və s. Mövzusunu nəzərdən keçirib. 
 
Müsəlman Həkimlər Birliyi 18 sentyabr 2019-cu ildə yaradılmışdı. Quruma orta və ali təhsilli həkimlər, tibb universitetlərinin tələbələri qoşula bilər. Şərtlərdən biri - Birliyin üzvü müsəlman olmalıdır. Bu gün 80-ə yaxın tibb işçisi təşkilata qoşulmaq istəklərini dilə gətirib.

Google+ WhatsApp ok.ru