Əfqanıstanda ‘Taliban’ın hücumu nəticəsində 19 hərbçi ölüb

Əfqanıstanda ‘Taliban’ın hücumu nəticəsində 19 hərbçi ölüb

Əfqanıstanda “Taliban” silahlıları ilə ordu qüvvələri arasında bir neçə bölgədə toqquşmalar qeydə alınıb.
 
Maide.Az xəbər verir ki, toqquşmalar nəticəsində azı 19 hərbçi həyatını itirib. 
 
Onlardan 11 hərbçi ölkənin şimalındakı Sari-Pul əyalətində həlak olub. Daha 8 nəfər isə Loqar əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum zamanı həyatını itirib.
 
Bundan başqa, Qəndəhar əyalətində üç ayrı bölgədə “Taliban”ın hücumlarının qarşısı alınıb. Ümumilikdə 31 silahlı zərərsizləşdirilib.
 

Google+ WhatsApp ok.ru