Ən çox boşanma olan bölgələr

Ən çox boşanma olan bölgələr

2020-ci ilin birinci yarısında Azərbaycanda 7107 boşanma rəsmiləşib.
 
Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, yanvar-iyun aylarında Bakıda 2008, Sumqayıtda 293, Gəncədə 281, Naxçıvan Muxtar Respublikasında 223 cütlük boşanıb.
 
100-dən çox boşanmanın qeydə alındığı qalan bölgələr belə sıralanır:
 
Masallı – 200
 
Ağdam – 189
 
Yevlax – 177
 
Abşeron – 161
 
Xaçmaz – 142
 
Lənkəran – 128
 
Fizuli – 127
 
Mingəçevir – 122
 
Tovuz – 120
 
Bərdə – 111
 
Cəlilabad – 104
 
Şəmkir – 104
 
Şəki – 103.
 
Rəsmi hesabata görə, 2019-cu ilin ilk altı ayı ilə müqayisədə boşanma 17,6 faiz azalıb.
 
2015-ci ildə ölkədə 12764 boşanma rəsmiləşib. Sonrakı illərin göstəriciləri belə olub:
 
2016-cı il – 13114
 
2017-ci il – 14514
 
2018-ci il – 14857
 
2019-cu il – 17148.
 

Google+ WhatsApp ok.ru