İƏT Quranı təhqir edənlərin cəzalandırılmasını tələb etdi 17 Sentyabr 2020 10:23 Xəbərlər İslami Əməkdaşlıq Təşkilatı (İƏT) keçən ay İsveçdə Qurani-Kərimi yandıraraq təhqir edən cinayətkarların cəzalandırılmasını tələb edib. Maide.Az "İQNA"a istinadla xəbər verir ki, Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəsi Xəlil Haşimi ötən gün İnsan Haqları Şurasının Cenevrədə keçirilən 25-ci ilcasında çıxış edib. İslami Əməkdaşlıq Təşkilatının söçzüsü kimi çıxış edən Xəlil Haşimi keçən ay İsveçdə baş verən Quran yandırılması hadisəsinə işarə edərək vurğulayıb: "Əqidə azadlığı adı altında həyata keçirilən bu cinayəti izah edəcək bir şey yoxdur." Xəlil Haşimi nümayəndəsi olduğu İƏT adından Quranı təhqir edən cinayətkarların məhkəməyə çıxarılması və cəzalandırılmasını istəyib. Haşimi İƏT-nın Qərb ölkələrində İslam dini ilə düşmənçiliyin fonunda İslamofobiyanın geniş yayılmasından narahatçılığını bildirib. Teqlər : #İƏT,#Quranı,#təhqir,#edənlərin,#cəzalandırılmasını,#tələb,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda partlayış: 2 dinc sakin ölüb, 12-si yaralanıb ABŞ İraqdan Suriyaya hərbi karvan keçirdi