ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutulub 20 Avqust 2018 01:00 Xəbərlər Naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib. Teqlər : #ABŞın Ankaradakı səfirliyi atəşə tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hacılara 1 milyon Quran paylanıldı Rusiya kosmik agentliyinin rəhbərləri saxlanıb