ABŞ-ın Bakıdakı səfirliyi qarşısında “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb 31 İyul 2017 01:00 Hüquq ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib. Naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb. Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb. / Teqlər : #ABŞın Bakıdakı səfirliyi qarşısında Allahu Əkbər deyə qışqıran şəxs saxlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məhkum yaxınlarından 6-cı “kalon”da baş verən işgəncələrlə bağlı dəhşətli açıqlama Hacıqabulda 11 nəfər saxlanılıb