ABŞ-ın məşhur şirkəti müflis oldu

ABŞ-ın məşhur “RadioShack” şirkətinin iflas xəbəri yayılıb.  

Axar.az xəbər verir ki, 94 ildir elektron mağazalar şəbəkəsi kimi fəaliyyət göstərən mağazanın iflasına səbəb son dövrlərdə yaşadığı maliyyə çətinlikləridir.  

Şirkətin malumatına görə, son üç ildə 1 milyard dollardan çox itki olub. Texas əyalətinin Fort Vorz şəhərindən idarə olunan şirkətin 2400-ə yaxın mağazasını satacağı deyilir.  

Qeyd edək ki, 1 milyard 200 milyon ABŞ dolları həcmində büdcəsi olan firmanın 1 milyard 390 milyon borcu var. /

Google+ WhatsApp ok.ru