ABŞ-ın Mayami şəhərində 2 nəfər öldürülüb

Amerikanın yerli mediaları xəbər verir ki, Florida ştatının Mayami şəhərində baş vermiş iki atəşaçmada iki nəfər öldürülüb.
Sputnik xəbər agentliyinin məlumatına görə, Amerikanın yerli mediaları bildiriblər ki, birinci atışma dünən Mayaminin Vinvud(Wynwood) məhəlləsində baş verib.
"Herald Mayami" qəzeti yerli polisə istinadən yazıb ki, silahlı bir şəxs gecə klubundan çıxan kişi və qadına tərəf gedib,  kişini güllə ilə öldürüb. Bu cinayətdə məqsəd hələ məlum deyil və bu haqda araşdırma başlanıb.
Bu hadisədən sonra Koral Gibles(Coral Gables) şəhərində 20-30 yaşında olan naməlum bir kişi odlu silahla öldürülüb. Silahlı şəxsin axtarışına başlanılıb./
 

Google+ WhatsApp ok.ru