ABŞ müdafiə nazirinin köməkçisinin müavini Bakıya gəlib

ABŞ müdafiə nazirinin köməkçisinin müavini Evelin Farkas Bakıya qısamüddətli səfərə gəlib.
 
Rusiya, Ukrayna və Avrasiya regionu üzrə cavabdeh olan E.Farkas Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Görüşlərin mövzusu ikitərəfli münasibətlər, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri olacaq. Bu barədə  Turan-a ABŞ-ın Bakıdakı səfirliyindən bildirilib./

Google+ WhatsApp ok.ru