ADR Hərəkatının fəalı həbs edilib

ADR Hərəkatının fəalı həbs edilib

Sentyabrın 11-də Bakının Səbayel Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məliki İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilərək 15 sutka inzibati həbsə məhkum edib.   

 
Bu barədə Turan-a ADR Hərəkatından bildiriblər. Hüseyn Məlik sentyabrın 10-da axşam saatlarında yaşadığı mənzildən polislər tərəfindən heç bir səbəb göstərilmədən Səbayel Rayon Polis İdarəsinin 41-ci  bölməsinə aparılıb.
 
“Hüseyn Məlik Facebook-da tənqidi statuslarına görə saxlanılıb. ADR Hərəkatı onun həbsini pisləyir və  siyasi sifariş hesab edir”, - ADR Hərəkatından bildiriblər.
 
Xatırladaq ki, ADR Hərəkatının lideri tanınmış iqtisadçı Qubad İbadoğludur.

Google+ WhatsApp ok.ru