Şagirdlər məktəblərinin bərbad durumuna görə sözü bir yerə qoydular - FOTO

Bakı şəhəri, Nizami rayonu Rəhilə Orucova adına  109 saylı orta məktəbin bir qrup  şagirdi məybuata müraciət edərək məktəblərinin təmirinə dövlətdən kömək istədiklərini bildiriblər. 
 
Qeyd edək ki, məktəbin 50 yaşı var. Əlli il ərzində bir dəfə də olsun təmir olunmayıb. Məktəbin təmiri prezidentin sərəncamı ilə dövlət proqramına salınsa da 2009-cu ildən bəri heç bir addım atılmır.  Əlaqədar  təşkilatlara prezidentin sərəncamı barədə dəfələrlə xatırlatma göndərilməsinə baxmayaraq heç bir əhəmiyyət verilməyib. “Təmir olunacaq” deyilərək məktəb rəhbərliyi yola verilib. Qeyd edək ki, məktəbin həyat üçün təhlükəli ola biləcək yerləri elektrik xətləri, sanitar qovşağı, sinif tavanları bərbad vəziyyətdədir. Uşaqların istifadə elədiyi ayaq yollarında isə su kranları işləmədiyindən "boçka"dan istifadə edilir. 

Maraqlıdır görəsən Azərbaycanda xüsusən də Təhsil Nazirliyində, neçə valideyn-məmur var ki, övladını bu məktəbdə təhsil almağa yollayar?! Və ya adam o məmurların xeyli məktəbli yaxını və ailə üvünü belə məktəblərə göndərə təhsil dalınca. 

Bu mazaxizm filan olmaz. Sadəcə demək istəyirik ki, bəzi insanlara yaşamadığını anlamaq çətindir. Yaşamadığını anlamaq  hər adamın işi deyil. Elə indi gözəlim məmləkət elə onların,  yaxşı adamların qıtlığından əzityyət çəkir. Bir də belə məktəbdə təhsil alan uşaq və yeniyetməni, Azərbaycanın günü-gündən çiçəkləndiyinə inandırmaq çətin olacaq, cənab təhsil naziri.bizimyol/

 
Mikayıl Cabbarovun “məktəbi”… - FOTOLAR
 
 
 
 
 

 

 

Google+ WhatsApp ok.ru