Ali Lider Ayətullah Xamenei İslami Tələbə Dərnəkləri Birliyinə məktub göndərdi

İslam İnqilabının rəhbəri, Ali Lider Ayətullah Xamenei Avropada təhsil alan  İslami Tələbə Dərnəkləri Birliyinin 49-cu konqresi üçün məktub göndərib.

Ali Lider Ayətullah Xameneinin göndərdiyi məktubda müsəlman tələbələrə düşünmək, öyrənmək və pəhrizkarlıq kimi faydalı məsləhətlər tövsiyə olunub.

Maide.az-ın məlumatına görə, məktubda bildirilir: 

 

 Bimsillahir-Rəhmanir-Rəhim

Dəyərli gənclər!

 

Sizin digər ölkələrin universitetlərində təhsil almağınız, dünyadakı hadisələr və proseslərə qarşı dərin və hikmətlə yanaşmanıza, eləcə də İran gələcəyi  üçün  dünya görüşlü elm adamların istifadə etmək və bəhrələnmək imkanı verəcəkdir. Bunların dəyərini bilmək lazımdır .

Yanılmaq, qəflətdə olmaq qədər zərərlidir. Bu gün  Qərb öz siyasətlərində özəlliklə  İslamafobiya olaylarını  nə üçün qızışdırdığını düşünün. Sizcə İran modeli siyasi İslamda hansı güclü özəllik var ki, zalım və tamahkar hegemonları  bu gün  bütün imkanları ilə ona qarşı  mübarizəyə məcbur edir?

Öyrənməyi, düşüncəylə və bunların hər ikisini də iffət və pəhrizkarlıqla birləşdirin.  Əgər bu cür etsəniz, ölkə üçün hər hansı  sərvət sizlər qədər eyni dəyərdə olmayacaq.

 

Allah yardımçınız olsun.

 

" Seyid Əli Xamenei " /

 

Google+ WhatsApp ok.ru