Alparslan Kuytul azadlığa buraxılıb 05 Dekabr 2019 18:52 Xəbərlər Türkiyədə 22 ay həbsxanada saxlanılan "Furkan" vəqfinin qurucusu Alparslan Kuytul azadlığa buraxılıb. Maide.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Furqan" təşkilatının sosial internet saytında məlumat yerləşdirilib. "22 aydır Boludakı həbsxanada saxlanılan Alparslan Kuytul bu gün azadlığa buraxılıb", məlumatda deyilir. Qeyd edək ki, 8 fevral 2018-ci ildə həbs edilən "Furkan Təhsil və Xidmət Vəqfi"nin qurucusu Alparslan Kuytula qarşı iyul ayında "terror təşkilatına dəstək vermək" iddiası ilə yeni cinayət işi açılmışdı, onun 20 ilə qədər həbs cəzasına məhkum edilməsi tələb edilirdi. A. Kuytul 12 ay həbsdə qaldıqdan sonra cari ilin yanvar ayında Adana 4-cü Ağır Cəza Məhkəməsinin qərarı ilə sərbəst buraxılmış və 2 gün sonra yenidən həmin məhkəmənin qərarı ilə həbs olunmuşdu. Teqlər : #Alparslan,#Kuytul,#azadlığa,#buraxılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünya dövlətlərinin xarici borcları 70 trilyon dollara yaxınlaşıb Kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir