Amerikada İslam və Məsihiyyət dinləri arasında əlaqələr mövzusunda seminar

Bu gün  Amerikada "İslam və Məsihiyyət dinləri arasında əlaqələr" mövzusunda seminar keçirilir.
 
Maide.Az xəbər verir ki, seminar  Amerikanın Nyu-York əyalətinin Baflo şəhərində keçirilir.
 
Amerikanın "Saint Joseph" universitetinin katolik kilisəsində keçirilən bir günlük seminarda  İslam və Məsihiyyət dininin rəhbərləri iki dinin müştərək dəyər və inancları barədə müzakirə edəcəklər.
 
Amerikanın Müsəlman Qadınlar Birliyinin keçmiş rəisi Şahnaz Bat  bu barədə  bildirib ki, insanların çoxu bilmirlər ki, Həzrət İsa peyğəmbərin (ə) müqəddəs anası Həzrət Məryəmin (s) barəsində Quran-Kərimdə də danışılır və onun adına bir surə də vardır.  " Əgər insanlar bilsələr ki, İslam dini və Quran-Kərim onların sevdikləri Həzrət Məryəm (s) və onun oğlu Həzrət İsa  (ə) peyğəmbərin (s) barəsində necə gözəl danışır və necə bir məqam və mənzilət qaildir, təbii ki, onların təsəvvürü İslama və müsəlmanlara qarşı gözəlləşəcək və biləcəklər ki, ümumi zehnlərdə İslam barədə yaranmış təsəvvürlər səhv imiş və İslam dinin başqa dinlərlə heç bir düşmənçilyi yoxdur." (iqna)
 
 
 

Google+ WhatsApp ok.ru