Amerikanın Yaponiyada törətdiyi faciənin ildönümüdür: 69 il 06 Avqust 2014 01:00 Xəbərlər Bu gün Hirosima faciəsindən 69 il ötür. 1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qaldı. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Hirosima şəhərinə, avqustun 9-da isə Naqasakiyə atıldı. "B-29" təyyarəsinin pilotu Paul Tibets 14 nəfərdən ibarət idarə heyətinin olduğu Birləşmiş Ştatlara məxsus "Balaca oğlan" adlı təyyarədən 5 tonluq atom bombasını Xirosimaya buraxmışdı. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olmuş, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu. Faciəli partlayışdan sonra Yaponiya qeyri-şərtsiz Amerikaya təslim olmuş, Günəşin oğlu adlandırılan Yapon İmperatoru Hirahito amerikalı general Duqlas Makarturun hüzurunda 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalamışdı. Teqlər : #Amerikanın Yaponiyada törətdiyi faciənin ildönümüdür: 69 il, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bulvarda dezinfeksiya başladı Ermənilərin yaraladığı 15 yaşlı qızın vəziyyəti yaxşılaşıb