Amnistiya aktının tətbiqi nəticəsində 2819 şəxs azadlığa buraxılıb

Amnistiya aktının tətbiqi nəticəsində 2819 şəxs azadlığa buraxılıb

 
Belə ki, amnistiya aktı ümumilikdə 10079 məhkum olunan şəxs barəsində tətbiq edilib.
 
Amnistiya aktının tətbiqi nəticəsində cəzaçəkmə müəssisələrində cəza çəkən 2819 şəxs azadlıqdan məhrumetmə cəzalarından azad ediliblər.
 
Milli Məclis tərəfindən qəbul edilən “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli qərarın icrasının təmin edilməsi ilə bağlı həyata keçirilən səmərəli iş nəticəsində sentyabr ayının əvvəlinədək olan müddət ərzində prokurorluq əməkdaşlarının iştirakı ilə amnistiya aktı ümumilikdə 10079 məhkum olunan şəxs barəsində tətbiq edilib, onlardan 9538-i kişi, 541-i qadın, o cümlədən 97-si yetkinlik yaşına çatmayan şəxslər olub: "Həmçinin amnistiya aktının tətbiq edilməsi nəticəsində cərimə cəzasına məhkum edilmiş 2240 şəxs 2.344.797 manat məbləğində cəriməni ödəməkdən azad olunmuşdur. (report) /

Google+ WhatsApp ok.ru