Amnistiya İnternational Arakanlı müsəlmanların son durumu haqda açıqlama verib

Amnistiya İnternational Arakanlı müsəlmanların son durumu haqda açıqlama verib

 
Myanma ordusunun Arakan əyalətində apardığı hərbi əməliyyatlar səbəbiylə müsəlmanlara qarşı mühasirənin davam etdiyini bildirən Amnesty International, yeni növ koronavirus (Kovid-19) epidemiyası,  hücum risklərinin artnması və bölgədəki qarşıdurmalar  səbəbiylə Arakanlıların çarpaz atəş altında olduğunu bildirib. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu beynəlxalq insan haqları təşkilatı Myanma ordusunun Arakan ştatında apardığı hərbi əməliyyatların 3-cü ildönümü ilə əlaqədar yayımladığı yazılı açıqlamda bildirib. 
"740 min Arakanlı müsəlman evlərini tərk etmək məcburiyyətində qalaraq qonşu Banqladeşə sığınıb. Arakan əyalətinin şimalındakı vəziyyət, Myanmarın Arakanlı qaçqınlarının evlərinə qayıtmaq istəməməsinin səbəbini hər zamankından daha aydın göstərir.”-deyə Amnesty İnternational təşkilatının Kampaniyalar üzrə regional direktor müavini Ming Yu Hah deyib. 
 
M.Y.Hah  3 il əvvəl sərhədin o biri tərəfinə sığınan Arakan xalqının mühasirəyə alındığına işarə edərək bildirib ki, Arakanlı müsəlmanlar həyatlarına  hər cəhətdən təsir edən aparteid rejimi tərəfindən mühasirədədirlər. Myanma ordusuun etnik təmizləmə siyasətinə qarşı çıxan qrup üzvləri ilə ordu arasında baş vermiş  atışmada kişi, qadın və uşaqlar atəş altındadır.  Myanma hökuməti , Arakan əyalətinin şimalındakı bəzi bölgələrdə də mühiti dəyişdirir. Videogörüntülərə, araşdırdığımız fotoşəkillərə və ifadələrə görə, əvvəllər Arakanlılara məxsus olan torpaqlarda yeni binalar, o cümlədən inzibati strukturlar  tikilir.  Digər tərəfdən Arakanlı müsəlmanlar  mina və partlamamış hərbi sursat, habelə  ifratçı qruplar tərəfindən şantaj və yanğınlara məruz qalırlar.”
 
Arakan müsəlmanlarının etnik təmizlənməsi
 
Arakanda 2012-ci ildə Buddistlər və Müsəlmanlar arasında qarşıdurma başlandı, əsasən müsəlman olan minlərlə insan qətlə yetirildi və yüzlərlə ev və müəssisə yandırıldı.
 
25 Avqust 2017-ci ildə Arakanda sərhəd postlarına eyni vaxtda edilən hücumlardan sonra Myanma ordusu və Buddist millətçilər müsəlmanlara qarşı kütləvi zorakılığa başladılar.
 
BMT-nin məlumatına görə, 2017-ci ilin avqustundan sonra Arakandakı zülmdən qaçaraq Banqladeşə sığınanların sayı 900 mindən çox olub. 
 
Beynəlxalq insan haqları təşkilatları yüzlərlə kəndin yayımladığı peyk şəkilləri ilə məhv edildiyini sübut etdi.
 
BMT və beynəlxalq insan haqları təşkilatları Arakanlı müsəlmanlarına qarşı zorakılığı "etnik təmizləmə" və ya "soyqırım" adlandırır.
 

Google+ WhatsApp ok.ru