Anar Məmmədov məhkəməni Rauf Arifoğluna uduzdu

Bu gün Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyilə keçirilən məhkəmədə Rauf Arifoğlu iş adamı Anar Məmmədova qalib gəlib.
 
"Məhkəmə prosesi yekunlaşdı. Anar Məməmmədovun şikayəti əsassız hesab edildi. Hakim onu icrata qəbul etməkdən imtina etdi”. Bu barədə vəkil Cavad Cavadov məlumat verib: "Tərəflərdən heç biri məhkəmədə iştirak etmədi. Prosesdə tərəfləri vəkillər təmsil edirdi. Ola bilər ki, qarşı rətəf yenidən məhkəməyə iddia versin. Bu istisna edilmir. Hər bir halda biz öz sübutlarımızı təqdim etdik və sözügedən məqalədə Rauf Arifoğlunun işlətdiyi ifadələrin jurnalist fikri kimi qiymətləndirilməsini istədik. Eyni zamanda şikayətin verilməsində də qüsurlar var idi. Məhkəmə bizim irəli sürdüyümüz dəlillərlə razılaşdı”.
 
Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə vermişdi.
 
İddia ərizəsində A. Məmmədov R. Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb etmişdi.

Google+ WhatsApp ok.ru