Ankarada daha 241 hərbçi həbs olunub

Ankarada daha 241 hərbçi həbs olunub

Ankara Cümhuriyyəti Prokurorluğu tərəfindən aparılan istintaq əməliyyatına şübhəli şəxs kimi cəlb olunmuş 243 əsgərdən 241-i həbs edilib.
 
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, həbs olunanlar Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən hazırlanmış dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinirlər.
Ankara Məhkəməsinə gətirilmiş əsgərlərin istintaqı başa çatıb və onlardan 241 nəfəri haqda həbs qərarı çıxarılıb.
 
İki əsgər isə nəzarət altında olmaq şərtilə hələlik sərbəst buraxılıb. 
 

Google+ WhatsApp ok.ru