ANS rəhbərliyinə cinayət işi açılıb — Terrorçuluğun təbliğinə görə 09 Yanvar 2017 02:00 Hüquq ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb. FaktXəbər-in bildirdiyinə görə, bu barədə məlumatı vəkil Elçin Sadıqov özünün "facebook” səhifəzində yazıb. Vəkil bildirib ki, televiziyanın ABŞ üzrə xüsusi müxbiri Qənirə Ataşovanın 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıması da bu işlə bağlı olub: "ANS TV ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan 162006055 saylı cinayət işi üzrə Qənirə Ataşovanın "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulmuşdur”. E. Sadıqov əlavə edib ki, məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edilib: "Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Eyni zamanda AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib. Jurnalistin öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ölkədən çıxışına məhdudiyyətin qoyulması İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinə ziddir”. Teqlər : #ANS rəhbərliyinə cinayət işi açılıb — Terrorçuluğun təbliğinə görə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nardaran hadisələrinə görə həbs edilən daha 12 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb - SİYAHI Tale Bağırzadə və digərlərinin məhkəmə prosesi yanvarın 11-də davam etdiriləcək - YENİLƏNİB