AŞPA sədri: “Rəsul Cəfərovun barəsində hökm vəziyyətin pisləşdiyini göstərir”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassor  hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il yarım müddətə həbs cəzası almasını pisləyən bəyanatla çıxış edib.
 
Maide.az xəbər verir ki, o, Twitterdəki mikrobloqunda yazıb ki, “Azərbaycanda hüquq müdafiəçilərinə qarşı represiyaların davam etməsi vəziyyətin pisləşdiyini göstərir.
 
Azərbaycanın insan hüquqları, hüquq sisteminin müstəqilliyi və söz azadlığının təminatı məsələlərinin öhdəsindən gələ bilmədiyini görmək çox ağırdır”, -  AŞPA sədri bildirib. 

Google+ WhatsApp ok.ru