Arif Babayev: “MTN-in Tərtərdə əməliyyat keçirməsi barədə yayılan məlumatlar səhvdir” 12 Mart 2015 02:00 Xəbərlər “Bir sıra kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonunda əməliyyat keçirməsi barədə yayılan məlumatlar səhvdir”. Bunu APA-nın sorğusuna cavab olaraq, MTN-in İctimai Əlaqələr İdarəsinin rəhbəri Arif Babayev deyib. "Bəzi kütləvi informasiya vasitələri tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayonunda dini radikallara qarşı əməliyyat tədbirləri keçirməsi barədə məlumatlar verilib. Bu əməliyyat nəticəsində tutulanlar barədə nə deyə bilərsiniz?" sualına cavab verən Arif Babayev bildirib ki, MTN tərəfindən Tərtər rayonunda əməliyyat keçirilməyib: "Qeyd etdiyiniz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmək lazımdır". Teqlər : #Arif Babayev: MTNin Tərtərdə əməliyyat keçirməsi barədə yayılan məlumatlar səhvdir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şeyxin idarəsində daha bir qiymət artımı – Kərbəla ziyarəti də bahalaşdı Vergilər Nazirliyinə 31 mərtəbəli bina tikilir