Arif Yunusun həbs müddəti 5 ay uzadıldı 23 Fevral 2015 02:00 Hüquq Bu gün Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan konfliktoloq Arif Yunusun həbs müddətini daha beş ay - 2015-ci il, avqustun 5-dək uzadıb. Bu barədə "Amerikanın səsi"nə vəkil Əfqan Məmmədov bildirib. Müdafiə tərəfi apelyasiya şikayəti vermək niyyətindədir. Vəkil həmçinin qeyd edib ki, A.Yunus ifadə verməkdən imtina edir. A.Yunus 2014-cü il, avqustun 5-də, hüquq müdafiəçisi, həyat yoldaşı Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar. Teqlər : #Arif Yunusun həbs müddəti 5 ay uzadıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru «Baxın, deyirəm, danışsam, sonu yaxşı olmaz...» Məhkəmə Xədicə İsmayılovanı cərimələyib