Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşib

Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşib

Sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir
 
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu kilometrliyində torpaq sürüşməsi aktivləşib. 
 
Bu barədə Maide.Az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda deyilir ki, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Bu hissədə yol 40-50 sm çöküb.
 
Həmin hissənin bərpası üçün əraziyə “Azəravtoyol”un texnikası və canlı qüvvəsi cəlb olunub.
 
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib. /

Google+ WhatsApp ok.ru