Avropa komissarı Leyla və Arif Yunusun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib

Aprelin 20-də Avropa insan hüquqları komissarı Nils Mujnieks Leyla və Arif Yunusların işilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətinin mətnini açıqlayıb.
 
Avropa komissarının məlumatında deyilir ki, bu müraciət 2005-ci ilin fevralında Azərbaycanda tənqidi səslərə qarşı repressiv tədbirlər də daxil olmaqla ifadə və toplaşma azadlığı sahəsində sistematik  çatışmazlıqla  bağlı  beşinci və sonuncu müraciətdir.
 
“Leyla və Arif Yunusların işləri son illər Azərbaycanı əhatə edən repressiya mənzərəsini nümayiş etdirir. Hüquq müdafiəçiləri qanunverici məhdudiyyətlər, cinayət təqibləri vasitəsilə repressiyalara məruz qalırlar”, - müraciətdə deyilir.
 
Bu cür hərəkətlər insan hüquqlarını müdafiə etmək üçün Avropa komissarının sərəncamında olan əlavə alətdir. Bunlar Avropa İnsan Hüquqları Məhkəməsinə obyektiv və qərəzsiz informasiya təqdim etmək üçün Avropa İnsan Konvensiyasında nəzərdə tutulub.
 
Xatırladaq ki, Leyla və Arif Yunuslar 2014-cü ilin yayında Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq həbs ediliblər. Beynəlxalq  ictimaiyyət onları siyasi məhbus hesab edir.
 
Həbsin əsl səbəbi Leyla Yunusun 100-ə yaxın siyasi məhbusu azad etmək tələbi və bu məsələ ilə bağlı beynəlxalq qurumlara müraciət etməsidir.

Google+ WhatsApp ok.ru