Avropa İttifaqının Bakı ofisi qarşısında aksiya 12 Sentyabr 2015 01:00 Xəbərlər Sentyabrın 12-də Beynəlxalq Diaspora Mərkəzi Avropa İttifaqının Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçirib. Aksiyaçılar Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan qətnaməyə etiraz ediblər. Onların bəyanatlarında bildirilir ki, qətnamə «qərəzlidir, Qərbin Azərbaycana təzyiq göstərmək və ölkənin daxili işinə qarışmaq cəhdidir». Çıxışlar zamanı ATƏT də tənqid hədəfi olub. 15-20 nəfərin qatıldığı aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmasa da, polis prosesə müdaxilə etməyib. Aksiyada Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İsrail və Gürcüstan dövlətlərinin də bayrağı qaldırılıb. Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamədə siyasi məhbusların azadlığa buraxılması tələb olunur. Siyasi fəalların təqibçisi kimi tanınan hakimlərə, rəsmilərə viza verilməsinin qadağası və Əliyevlərin adı hallandığı korrupsiya məsələlərinin araşdırılması da gündəliyə gətirilir. azadliq.org / Teqlər : #Avropa İttifaqının Bakı ofisi qarşısında aksiya, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məscidi Nəbi də Kumeyl duası coşqusu - FOTO Məkkədə zəvvarların ölümü araşdırılır