Avstraliyada 150-dən çox qara delfin özünü sahilə atıb

Avstraliyada 150-dən çox qara delfin özünü sahilə atıb

-- Qrindaların uzunluğu 4-8 metr, orta çəkisi təqribən 800 kiloqramdır.

Avstraliyanın cənub-qərbində yerləşən Hemelin körfəzində (Oqasta şəhərinin təqribən 10 kilometrliyində) 150-dən çox qrinda-delfin (qara delfin) özünü sahilə atıb.
 
Maide.Az “azərtac” saytına istinadla xəbər verir ki, bu barədə məlumatı ABS telekanalı yayıb. Son məlumata görə, heyvanların təqribən yarısı tələf olub. Hazırda ətrafdakı yaşayış məntəqələrinin sakinləri sahilə toplaşır. Onlar salamat qalmış qrindaların okeanın dərinliyinə baş vurmasına kömək etmək üçün qabarmanı gözləyirlər.
 
Qərbi Avstraliya ştatının təbiəti mühafizə xidmətinin nümayəndəsi Ceremi Çik deyib: “Ümidvarıq ki, sağ qalmış qrindalar yaşamaq əzmini qoruyub saxlaya biləcək. Ümidvarıq ki, onları okeana qaytarmaq istəyəndə küləkli və yağışlı hava bizə kömək edəcək”.
 
Fəlakət zonasında olan balıqçı gəmilərinin heyətləri bildiriblər ki, körfəzin yaxınlığında akulaların toplaşdığını müşahidə ediblər.
 
Qrindaların uzunluğu 4-8 metr, orta çəkisi təqribən 800 kiloqramdır.
 

Google+ WhatsApp ok.ru