AXCP fəalı 8 il azadlıqdan mərhum edilib 03 Fevral 2016 02:00 Hüquq Fevralın 2-də Siyasi baxışlarına görə həbs olunan AXCP Babək rayon şöbəsinin fəalı Zeynalabdin Bağırzadənin məhkəmə prosesi başa çatdırılib. Babək rayon məhkəməsinin "hökmü" ilə AXCP fəalı 8 il azadlıqdan məhrum edilib. Keçən proseslərin birində Bağırzadənin evinə gələrək onu təhqir edən işçi haqqında cinayyət işinin açılmasını Bağırzadənin həyat yoldaşı məhkəmədən tələb edib. Beş nəfər qadın məhkəmədə şahid kimi ifadə verərək Sosial Müdafiə Mərkəzinin əməkdaşının Zeynalabdin Bağırzadəni təhqir etdiyini təsdiqləyiblər. Xatırladaq ki, Zeynalabdin Bağırzadə ötən ilin noyabr ayının 17-dəhəbs olunub. Yaxınlarının sözlərinə görə, o, öyrədilmiş şəxs tərəfindən təhqir olunduğu üçün Babək rayon Prokurorluğuna müraciət edib. Amma əvəzində onun özünü saxlayaraq CM-nin 315.1 maddəsi ilə ona ittiham irəli sürüb. Məhkəmə gedişində məlum olub ki, onun maddəsi ağırlaşdırılıb CM-nin 315.2 maddəsi ilə əvəzlənib (azadliq.info) Teqlər : #AXCP fəalı 8 il azadlıqdan mərhum edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nemət Kərimli: `Tofiq Yaqublu ilə bağlı Avropa Məhkəməsinin qərarı qüvvəyə minməlidir` Hökuməti tənqid edən bloggerin qarşısında şərt qoyulub