AXCP sədrinin müşavirinə hökm oxunub 15 Mart 2016 02:00 Hüquq Bu gün Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət içi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə M. İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dünən keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir. Teqlər : #AXCP sədrinin müşavirinə hökm oxunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ləğv edilmiş MTN generalının villasında usta işləmiş iki qardaş həbs edilib Məhkəmə ANS-in şikayətini təmin etməyib