Ayətullah Şirazi: Kəşfiyyat məlumatı əldə etməkdə hər yol məqbul deyil

Ayətullah Nasir Məkarim Şirazi kəşfiyyat təşkilatının düşmənin planlarını öyrənməkdə yeni üsullar tapması lazım olduğuna diqqət çəkərək bildirib ki, bunun üçün hər yol caiz deyil.
 
Maide.az-ın məlumatına görə, Ayətullah Şirazi bildirib ki, bu gün bir çox üsullar və inkişaf etmiş texnoloji imkanlarla İslam düşmənləri kəşfiyyat məlumatları toplayırlar: "Belə bir zamanda müsəlmanlar hər zamankından daha güclü olmalı və müasir imkanlardan ən yaxşı şəkildə istifadə etməlidir. İslam düşmənləri bir çox sahədə eyni üsulu iki dəfə istifadə etmirlər. Bu səbəbdən bu həssas vəzifədə çox diqqətli olunmalı və bilinən üsullarla kifayətlənilməməlidir. Lakin məlumat toplamaq üçün hər yola baş vurmaq da doğru deyil. Hər sahədə olduğu kimi bu mövzuda da İslamın hüdudlarını aşmamaq lazımdır."

Google+ WhatsApp ok.ru