Ayətullah Musəvi Ərdəbili komaya düşüb-YENİLƏNİB

Ayətullah Musəvi Ərdəbili komaya düşüb-YENİLƏNİB

Xəbər verdiyimiz kimi mərcəi təqlid Ayətullah Əbdülkərim Musəvi Ərdəbili ötən gün səhər infarkt keçirib və Tehranın Lalə xəstəxanasına yerləşdirilib. 
 
Maide.Az İRNA agentliyinə istinadən xəbər verir ki, İranın Tibb elmləri üzrə Universitetinin rekatoru Seyid Cavad  Mirismaili  Ayətullah Musəvi Ərdəbilinin bazar ertəsi yerli vaxtla saat 2:00 radələrində Tehranın Lalə xəstəxanasında yatırıldığını təsdiqləyib. 
 
C.Mirismaili deyib ki, Ayətullah Musəvi Ərdəbili xəstəxanada yerləşdirildikdən sonra vəziyyəti normallaşsa da, daha sonra saat 05:00 radələrində vəziyyəti ağırlaşıb və hazırda koma vəziyyətindədir. 
 
O deyib ki, hazırda təcrübəli həkim briqadası Ayətullah Musəvinin səhhətinə nəzarət edir.  
 
Ayətullah Musəvi Ərdəbilinin babaları Naxçıvanın Ordubad rayonundan Ərdəbilə köçüblər. Ərdəbili 1926-cı ildə Ərdəbildə kasıb bir ruhani ailəsində dünyaya gəlib. Kiçik yaşlarından anasını itirib. Ayətullah Ərdəbili ilk ibtidai və dini təməl dərslərini elə Ərdəbildə alıb. 1943-cü ildə müttəfiqlərin İrana daxil olduğu zamanda Quma təhsil almağa gedib. Müctəhid təhsilinin bir qismini də Nəcəfdə alıb.
 
Alimin 20-dən artıq fiqhi, əxlaqi və kəlam mövzularında əsərləri var.
 
İranda İslam İnqilabının baş tutmasında əksər ruhanilərin və müctəhidlərin rolu olduğu kimi Musəvi Ərdəbilinin də rolu olub.
 
İnqilabdan sonra İranda konstitusiyanın yazılmasında Ayətullahın əvəzsiz rolu olub.
 
İnqilabın ilk illərdində  müctəhid bir müddət ölkənin Ədliyyə sisteminə sədrlik etdi. İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından sonra Quma gedən Ərdəbili indiyə qədər də orada məskunlaşıb.  
O, Qum şəhərində Mufid universitetini və həmçinin Ərdəbildə "Əmirəl-möminin məktəbi" xeyriyyə müəssisəsini təsis edib. 
 
 
***
 
Ayətullah Əbdülkərim Musəvi Ərdəbili ötən gün səhər infarkt keçirib və Tehranın Lalə xəstəxanasına yerləşdirilib. 
 
Maide.Az İran saytlarına istinadən məlumat verir ki, mərcəi-təqlid Ayətullah Musəvi Ərdəbilinin ofisindən verilən məlumata görə, hazırda Ayətullah Musəvinin vəziyyəti qənaətbəxşdir və səhhəti yaxşılaşır. 
 

Google+ WhatsApp ok.ru