Ayətullah Xamenei Novruz bayramını qeyd edən bütün xalqları təbrik edib - FOTO 20 Mart 2018 02:00 Çıxışlar -- “İran məhsullarına dəstək ili” Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Novruz bayramı və İranda yeni günəş ilinin başlanması münasibəti ilə təbrik edib. Maide.az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei Novruz bayramı və Yeni il münasibətilə bu bayramı qeyd edən bütün xalqları, xüsusilə, İran xalqını, şəhid ailələrini, qaziləri, yeniyetmələri və gəncləri təbrik edib. Ayətullah Xamenei Yeni ilin şad, şirin və xeyir-bərəkətli olmasını arzu edərək, yeni günəş ilini “İran məhsullarına dəstək ili” adlandırıb. Ayətullah Xameneinin təbrik mesajında bildirilir: “Ötən il eniş-yoxuşu, şirin və acısı ilə yanaşı İran xalqının iştirakı, iqtidarı və əzəmətinin göstəricisi ili oldu. Ötən ilin əvvəlində 40 milyondan çox insan prezident və şura seçkilərində iştirak etdi. Bu iştirak çox yaxşı, əzəmətli, gözləri oxşayan və mənalı bir iştirak idi. Xalqın bu izdihamlı iştirakı Qüds günü, 9 dey və 11 fevralda keçirilən yürüşlərdə də özünü göstərdi. İlin sonunda düşmənlər gərginlik yaratsalar da səyləri uğursuz oldu. Lakin İran xalqının bu gərginliklər qarşısında meydanlara aktiv şəkildə axışması onların həmişə zirək, bəsirətli və böyük xalq olduğunun göstəricisidir. Ötən il həm də ölkəmiz üçün “regiondakı təhlükələri bir imkana” çevirmək ili oldu. Regionda təhlükəli məqsədlərdən biri isə İrana zərbə endirmək idi. Lakin İslam Respublikası bu təhlükənin ölkəyə ziyan verməsinə icazə vermədi və onu yeni bir imkana çevirdi. İlin şüarı, yəni “Müqavimət iqtisadiyyatı-hərəkət və icra (əməl)” şüarının yerinə yetirilməsi istiqamətində görülən işlər ümidverici və müsbət idi. Ölkədə istehsal və işsizliyin aradan qaldırılması istiqamətində yaxşı işlər görüldü. Bu şüar qismən yerinə yetirildi. Əlbətdə, bir çox işlər qalıb və yerinə yetirilməldir. Qeyd olunan şüar tam şəkildə yerinə yetirilənə qədər icra olunmalıdır. Ötən il “sel, zəlzələ, neft tankerinin batması, təyyarənin qəzaya uğraması və həmvətənlərimizin həyatını itirməsi kimi acı xatirələrlə də yadda qaldı. Bu hadisələrdən başqa quraqlığın ölkənin bəzi bölgələrərində davam etməsi, eləcə də, bəzi təbəqələrin dolanışıq problemləri hələ də qalır ki, bunlar hamısı öz həllini tapmalıdır və bunun üçün çalışılmalıdır. Mən yeni ilin şüarını seçərkən, adətən, ölkənin məsul şəxslərini özümə müxatəb seçirəm. Lakin bu il ölkənin tək-tək vətəndaşına, eləcə də məsul şəxslərə müraciət edirəm və bildirirəm ki, hamı çox və səylə çalışmalı və işləməlidir. Bu il də önəmli məsələ digər illərdə olduğu kimi iqtisadi problemlər və xalqın dolanışığı məsələsidir. İqtisadi problemlərin həllində əsas mehvər kimi “Milli istehsal” dayanır. Əgər xalq tam səfərbər olarsa “Milli istehsal” sürətlənəcək, xalqın bir çox dolanışıq problemi öz həllini tapacaq. İşsizlik və investisiya yatırmaq problemləri olmayacaq və ictimai fəsadlar hədsiz dərəcədə azalacaq. Bu əsasla mən cari ilin şüarını “İran məhsullarına dəstək ili” adlandırıram. Bütün məsul şəxslər və xalq kütləsi İran məhsulunu dəstəkləməkdə öhdəlik daşıyır və rola malikdir. İlin ilk günü edəcəyim çıxışda xalqın və məsul şəxslərin “Milli istehsal”a müxtəlif aspektlərdən verə biləcəkləri dəstək haqqında geniş danışacam." Ayətullah Xamenei sonda İmam Zamanın (ə.c) hüzuruna salam göndərərək, şəhidlər və İmam Xomeyni (rə) həzrətlərinin ruhana dua edib. Təbiət baharının mənəviyyat baharı, yəni Rəcəb, Şəban və Ramazan ayları ilə eyni vaxta təsadüf etməsini xalqların maddi və mənəvi inkişafı üçün bir fürsət olduğunu adlandırıb. Teqlər : #Ayətullah Xamenei Novruz bayramını qeyd edən bütün xalqları təbrik edib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Allahın haqq cəbhəsinin qələbəsi ilə bağlı qəti vədi var Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO