Ayətullah Xamenei: İran xalqı ilə ədalət tələbi və müqavimətinə görə düşmənçilk edirlər

Ayətullah Xamenei: İran xalqı ilə ədalət tələbi və müqavimətinə görə düşmənçilk edirlər

-- İslam Respublikasının düşmənləri sözün həqiqi mənasında quldur və rüşvətxordurlar

Xəbər verdiyimiz kimi, bu gün İran İslam Respublikası Şura Məclsinin (Parlamentinin) spikeri və üzvləri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb. 
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, görüşdə çıxış edən Ali Rəhbər  Ayətullah Xamenei beynəlxalq  güclərin hər gün artmaqda olan zülm və xəyanətlərindən danışıb. 
 
 “ABŞ-da minlərlə körpəni öz analarından ayırırlar. Bu cinayətlərlə dolu kadrları görəndə insan  dəhşətə gəlir. Lakin xəbis Amerikalılar  miqrant valideynləri öz övladlarından ayrımağı davam etdirir.” 
 
Ayətullah Xamenei  həmçinin Yəmənin Hudeydə limanını edilən təcavüzdən danışıb və deyib ki, bir neçə  modern silahlarla silahlanmış  cinayətkar və əlləri qana batmış ölkə  Yəmənin məzlum xalqının əlindən  limanı  almaq üçün  səfərbər olub. Bu  beynəlxalq zalimlərin zülmünün digər bir nümunəsidir.  
 
Bəşəriyyətə düşmən olanlar İran xalqının ədalət tələbi və müqavimətinə görə, İslam Respublikası ilə  düşmənçilik edirlər. Lakin İran xalqı  ilahi yardım və daxili möhkəmlənmə ilə  ABŞ və  digər düşmənlərə qələbə çalacaq. 
 
Bu cinayətkarlar Quranın da buyurduğu kimi heç bir əhd və peymana sadiq deyillər bu həqiqəti İran xalqı bu gün  açıq-aşkar görür. İslam Respublikasının düşmənləri  sözün həqiqi mənasında  quldur və rüşvətxordurlar. Xalqımız və məsul şəxslərimiz heç vaxt  belə quldurların əlinin altına girməyəcəkdir. 
 
Ayətullah Xamenei çıxışının davamında parlamenti xalqın fəzilətlərinin cövhəri və sistemin əsas rüknü adlandırıb.  “Deputatlar  qanunvericilikdə  və öz əsas vəzifələrinə əməl etməkdə önəmli məsələlər – xalqın probleminin həlli xüsusilə aztəminatlı və orta yaşayışlı xalq kütləsinin  probleminin həlli,  Qərb baxışından təsirlənməmək,  inqilabçı olmaq və  aristokratlıqdan uzaq olmalıdır.” 
 
Ayətullah Xamenei qeyd edib ki, parlament hər dövrdə öncəki dövrlə müqayisədə  daha keyfiyyətli iş aparmalı və daha yaxşı nailiyyətlər əldə etməlidir. Bunun üçün  xidmət meydanında (xalqa xidmətdə) öndə olmalı , əsaslı iş görməli və  daha yaxşı işləməlidir. 
 
Ayətullah Xamenei bildirib ki, parlament ölkə məsələlərinə etinazsız yanaşmamalı, ümidsizlik və tərəddüd simvolu olmamalı və  ölkənin  milli qabiliyyət və potensialına şübhə ilə yanaşmamalıdır. 
 
“40 ildir ki,  düşmənlər  İran xalqı əleyhinə  böyük bir cəbhə yaradıb - müharibə, sanksiya və sabitsizlik planları ilə xalqımıza qarşı ən ağır düşmənçilik edirlər.  Lakin  bu gün  elm, güc, inkişaf, əzəmət və İranın beynəlxalq proseslərdəki günü-gündən artan  iştirakı  İnqilabın ilk günü ilə müqayisə olunmazdır.” 
 
Ayətullah Xamenei parlament deputatlarına beynəlxalq konvensiya və müqavilələrlə bağlı qərar qəbul edərəkən diqqətli olmağı tövsiyyə edib. “Bu müqavilələr ilk növbədə böyük güclərin fikir otaqlarında  onların mənafeyini təmin etmək üçün hazırlanır.  Sonra onlarla eyni düşüncədə olan ölkələrin, ya onların davamçılarının və ya onlardan qorxan ölkələrin bu müqavilələrə qoşulması ilə  zahirdə beynəlxalq bir müqavilə formasına gətirilir. Əgər İran kimi hər hansı müstəqil ölkə  onların dediyi müqaviləni qəbul etməzsə,  ona qarşı hücum təşkil olunur və bildirirlər ki, misal üçün 150 ölkə qəbul edib siz niyə qəbul etmirsiz? .  Bu kimi konvesnsiya və müqavilələrlə doğru mübarizə yolu müdrik, yetkin və qorxmaz  İslami Şura Məclisi müstəqil formada qərar qəbul etməsidir. Parlament terrorizmlə və  çirkli pulların yuyulması ilə mübarizə kimi məsələlərdə  qanun qəbul etməlidir”. 
 
Ayətulalh Xamenei qeyd edib ki, ola bilsin bəzi  beynəlxalq konvensiyalar yaxşı  olsun lakin bu o demək deyil ki, biz heç bir zərurət yaranmadığı halda əsl məqsədlərini bilmədiyimiz və ya problemlemli olduğunu bildiyimiz konvensiyalara qoşulmalıyıq. 

Google+ WhatsApp ok.ru