Ayətullah Xamenei: Fələstin dövlətinin qurulması saxta sionist rejimini məhv edəcək - FOTO 15 İyun 2018 01:00 Çıxışlar -- həqiqi fələstinlilər – müsəman, məsihi və yəhudilər - arasında referendumun keçirilməsinin zəruridir İslam ümmətinin şərəf və ləyaqətinin ən mühüm elementi vəhdət və ixtilafların aradan qaldırılmasıdır. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ayətullah Xamenei İslam ölkələrinin səfirlərilə görüşdə bildirib. Fitr bayramı münasibətilə müsəlmanları təbrik edən Ayətullah Xamenei qeyd edib ki, xüsusi ilə regiondakı İslam ölkələri arasında ixtilaf yaradan amillərin ən əsası cinayətkar ABŞ və sionist rejimin yürütdüyü qaba siyasətdir. “Başlıca problem İsrail rejimininin leqitim olmamasıdır, çünki bu quruluş yalan üzərində bərqərar olub. Əminik ki, ilahi tofiq və müsəlman xalqlarının səyi nəticəsində məhv olacaqdır.” Ayətullah Xamenei bildirib ki, hegemon güclərin regiondakı siyasəti ilə yeganə mübarizə yolu düşmənin planlarını tanımaq və onların qarşısında müqavimət göstərməkdir. “Burada əsas məsuliyyət İslam ölkələrinin siyasi, dini və mədəni elitası üzərinə düşür. Regionun bəzi zəif ölkəlkərinin aşkara və gizlincə işğalçı rejimlə diplomatik əlaqələr qurması və ABŞ-ın səfirliyini Qüdsə köçürməsi “sionist rejim problemi”ni həll etməyəcək. Çünki bu rejim zorakılıq, qətliam və bir xalqı öz doğma torpaqlarından çıxarmaq üzərində qurulub. Odur ki, İslam ümməti İsrialin leqetimliyini tanımır.Məhz bu Fələstin xəritəsini dünya coğrafiyasının tarixi yaddaşından silə bilməyəcək.” Ayətullah Xamenei həqiqi fələstinlilər – müsəman, məsihi və yəhudilər - arasında referendumun keçirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, fələstində dövlətin referendom nəticəsində formalaşması lazımdır. Çünki bu referendumun keçirilməsi və həqiqi fələstinlilərin səsi ilə Fələstin dövlətinin qurulması saxta sionist rjeimin məhv olmasıdır. Əminliklə deyə bilərik ki, bu yaxın gələcəkdə bu baş verəcək. Teqlər : #Ayətullah Xamenei: Fələstin dövlətinin qurulması saxta sionist rejimini məhv edəcək FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Aətullah Xameneyi: “Cəmiyyətin düşünən beyinlərini yetişdirmək üçün universitetin önəmli rolu var” Ayətullah Xamenei: İran xalqı ilə ədalət tələbi və müqavimətinə görə düşmənçilk edirlər
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO