Ayətullah Xamenei: Qərbin insan haqları məsələsində iddiaları boş və yalandır 27 İyun 2018 01:00 Çıxışlar -- bu gün dünyada müxtəlif təbliğat vasitələrindən və propaqandadan istifadə etməklə qaranı ağ... Xəbər veridyimiz kimi Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Məhkəmə Sisteminin (hakimiyyətinin) sədri Ayətullah Sadiq Amoli Laricani, məsul işçiləri, ölkənin bütün məhkəmələrinin sədrləri ilə görüşüb. Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, bu orqanın xüsusi və çox yüksək mövqe və səlahiyyətlərə malik olduğunu, ölkənin makro idarəçiliyinə təsir göstərdiyini qeyd edən Ali Rəhbər bildirib ki, Mühakimə ədalətin təcəllisi və xalqa təminat verən bir sığınacaq olmalıdır. İnsanların etimadını qazanmaq böyük əhəmiyyət kəsb edir. Pis niyyətli, hiyləgər və böhtançı düşmənlərə qarşı konkret və sərt bir şəkildə hərəkət etməliyik, amma öz xalqımıza təvazökar, mərhəmət və sevgi ilə davranaraq, bununla ictimaiyyətə inam təmin edə bilərik. Ayətullah Xamenei ictimai rəyi özünə cəlb etmək və etimad yaratmaq üçün bütün qurumlar, xüsusi ilə məhkəmə hakimiyyətinin işçilərinin borcudur. Etimad yaratmaq üçün iki əsas lazımıdır, biri əməldə iş görmək, digəri isə təbliğat. “Bu gün məhkəmə düşmən mediası və bəzi yerli qafillərin hədəfindədir. Məsələn, (Tehrandakı Pasdaran hadisələrində) bir neçə təhlükəsizlik işçisini qətlə yetirən bir cinayətkarı məzlum kimi qələmə verirlər və məsum insanların haqqını müdafiə etmək üçün səmimi qəlbdən uzun müddət çalışan məhkəməni zalım mövqeyinə qoymağa çalışırlar. Belə bir qara piar kampaniyalarını puça çıxartmaq üçün güclü bir media heyətinə ehtiyac var”. Ayətullah Xamenei qeyd edib ki, bu gün dünyada müxtəlif təbliğat vasitələrindən və propaqandadan istifadə etməklə qaranı ağ, batili isə haqq kimi insanlara sırıyırlar. Lakin təssüflər olsun ki, bizim qurumların dəqiq və bacarıqlı təbliğat işləri yoxdur. Onlar ictimai rəyin etimadını qazanmağı əhəmiyyətsiz hesab edirlər. Ayətullah Xamenei bildirib ki, iqtisadi sahədə təhlükəsizliyin yaradılması məhkəmənin mühim vəzifəsidir. “Xalqın fəaliyyət sahələri və dolanışıq resurslarının təhlükəsizliyi təmin olunmalıdır. Məhkəmə orqanı iqtisadi mühitin təhlükəsizliyinə zərər verməyə cəhd edənlərlə mübarizə aparmalıdır". Məhkəmə rəsmilərinə müraciət edən Ali Rəhbər iqtisadi problemləri aradan qaldırmaq barəsində məhkəmə orqanının hökumətlə birlikdə çalışmalı olduğunu vurğulayıb. Ali Rəhbər Ayətullah Xamenei dünya miqyasında İran xalqının hüquqlarının müdafiəsi sahəsində məhkəmə orqanının apardığı fəaliyyətləri müsbət qiymətləndirib. Ayətullah Xamenei çıxışında, ABŞ-ın dünyanın müxtəlif yerlərindəki insan haqları pozuntularına, eyni zamanda Fransa ilə Böyük Britaniyanın Afrika və Hindistan yarımadasında apardığı cinayətlərinə də toxunub: “Qərblilər bu illər ərzində də Suriyada İŞİD-i dəstəkləyərək, Myanma və digər bölgələrdə qətllər törədərək və ya cinayətlər qarşısında susaraq, insan haqları məsələsində iddialarının boş və yalan olduğunu göstərdilər”. Teqlər : #Ayətullah Xamenei: Qərbin insan haqları məsələsində iddiaları boş və yalandır , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: İran xalqı ilə ədalət tələbi və müqavimətinə görə düşmənçilk edirlər Ayətullah Xamenei: `ABŞ və müttəfiqləri axmaqdır, başa düşmürlər ki...`
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO