Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO

Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO

-- Korrupsiyaya qarşı ciddi mübarizənin olmaması inkişafa mane olan amillərdəndir

Ali Rəhbər İmam Rzanın (ə) pak hərəminin ziyarətçiləri ilə görüşüb. 
 
Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, çərşənbə günü günortadan sonra İmam Rzanın (ə) müqəddəs hərəminin İmam Xomeyni adına meydanına, habelə ətraf meydanlara toplaşmış ziyarətçilər və qonşuluqda yaşayan böyük xalq izdihamı ilə görüşdə İnqilabın qırx illik gücü və sevincindən, amerikalıların mənfur region planının iflasa uğramasından danışan  Ali Rəhbər Ayətullah Xamenei ilin “İran məhsuluna dəstək” adlı şüarının səbəbi, gerçəkləşmə şərtləri və yollarından danışdı.
 
O, bütün problemlərin daxili potensial əsasında həll edilə biləcəyini vurğulayaraq ayrı-ayrı sahələrdə, o cümlədən idarəetmə sahələrində gənclərə daha çox diqqət göstərilməsi və onlardan daha çox istifadə edilməsinin zəruri olduğunu dedi: “Bu ölkənin gənc və qürurverici nəsli İranın müstəqillik, izzət, əzəmət və şərəf bayrağını hər zamankından daha yüksəklikdə dalğalandıracaq”.
 
Çıxışının əvvəlində İran xalqını yeni ilin gəlişi və Novruz bayramı münasibəti ilə təbrik edən, habelə xalqa Həzrət İmam Hadinin (ə) şəhadəti münasibəti ilə başsağlığı verən Ali Rəhbər qeyd etdi ki, yeni ilin o həzrətin şəhadəti ilə eyni vaxta təsadüf etməsi məndə İran xalqının ilahi hidayətdən daha çox faydalanmasına zəmin yarada biləcəyinə ümid yaradır
 
Ayətullah Xamenei çıxışının əvvəlini İran İslam Respublikasının şüarlar, dəyərlər, fundamental prinsiplər sahəsindəki qırx illik fəaliyyətinin analizinə, habelə məsul şəxslərin icra və əməli fəaliyyətinin qiymətləndirilməsinə həsr etdi.
 
O, dəyərlər və prinsiplərin qorunması və İnqilab hədəflərinin izlənməsindən də danışdı: “İran xalqı bu sahədə sınaqdan yaxşı çıxmış və İnqilabın əsas şüarlarını əvvəlki gücü və təravəti ilə bu günə qədər qoruyub saxlaya bilib”.
 
Ali Rəhbər “müstəqillik, azadlıq, demokratiya, milli özünə inam və etimad, ədalət, din və şəriətin hökmlərinin gerçəkləşməsi” prinsiplərinin İnqilabın fundamental prinsiplərindən olduğunu bildirdi: “Əslində, İran xalqının  yadların 200 illik ağalığına qarşı reaksiyası hesab edilən “müstəaillik” məsələsi ilə bağlı onu demək lazımdır ki, ölkə həqiqi müstəqilliyə malikdir və bu gün heç bir ölkə İran qədər müstəqil deyil. Rəyləri heç gücün təsiri altında olmayan yeganə xalq böyük İran xalqıdır”.
 
Ayətullah Xamenei İnqilabın əsas şüarlarından olan “azadlıq” şüarı haqqında danışarkən belə dedi: “Bəzi insafsız adamlar azadlıqdan sui-istifadə edərək ölkənin azad olmadığını deyir. Yadlar da öz təbliğatlarında onu qabardırlar. Halbuki ölkədə fikir azadlığı, söz azadlığı və seçki azadlğı mövcuddur”.
 
O xatırlatma etdi: “Bu gün İslam Respublikasında heç kəs hökumətlə fikir və baxış fərqliliyinə görə təqib edilmir, təzyiqə məruz qalmır, belə bir iş yol verilməzdir. Ancaq dünyanın digər nöqtələrində olduğu kimi, İslam Respublikasında da azadlığın bir çərçivəsi var”.
 
Ayətullah Xamenei bu mövzuya açıqlama gətirərək vurğuladı: “İslam Respublikasında azadlığın çərçivəsi konstitusiya və dövlətin qanunlarıdır. Bütün bu qanunların mənbəyi isə şəriətdir”.
 
Ayətullah Xamenei demokratiyanın da İslam Respublikasının fundamental prinsiplərindən olduğunu dedi: “Keçən qıx il ərzində hər il və ya iki ildən bir seçkilər keçirilmiş və xalq həmin seçkilərdə azad şəkildə, sevinc və həvəslə iştirak etmişdir. Bu isə, keçən qırx il ərzində ayrı-ayrı siyasi görüşləri olan hökumətlərin hakimiyyət başına gəlməsi ilə nəticələnmişdir”.
Milli özünə inam və özünə etimadın İnqilabın gerçəkləşmiş şüarlarından olduğunu deyən ali rəhbər ədalət məsələsinə toxunaraq dedi: “Bir neçə həftə bundan öncə ədalət mövzusu ilə bağlı bəzi məsələlərə aydınlıq gətirdim. Bədxahlar onu elə yozdular ki, guya İslam Respublikası ədalət sahəsində heç nə etməmişdir. Halbuki ədalət kontekstində çox yaxşı işlər görülmüşdür. Sadəcə, İslam dövlətinin ədalət müstəvisindəki gözləntilərinin səviyyəsi indiki vəziyyətdən çox yüksəkdir”.
 
Ali Rəhbər bu məsələ ilə bağlı iki beynəlxalq statistikanı açıqladı: “Beynəlxalq mərkəzlərin statistikasına əsasən, İnqilabdan əvvəl cəmiyyətin təbəqələri arasındakı fasiləni göstərən Cini əmsalı 50%-dən çox olmuşdur. Halbuki 94-cü ildən sonra bu rəqəm 38%-ə enmişdir. Başqa bir statistikaya əsasən, inqilabdan əvvəl qeyd-şərtsiz yoxsul təbəqə 46% olmuşdur. Halbuki həmin rəqəm 9,5%-ə çatmışdır”.
 
Ayətullah Xamenei “din və şəriət hökmlərinin icrası” ilə bağlı bunları dedi: “Keşikçilər Şurası sayəsində bu məsələ keçən qırx il ərzində qanunlarda öz əksini tapmışdır. Bu səbəbdən də bütün imperialist güclər Keşikçilər Şurasına qarşıdırlar”.
 
O, məsul şəxslərin əməli və icra fəaliyyətləri haqıqnda bunları dedi: “Keçən qırx il ərzində məsul şəxslərin təhlükəszilik və sabitliyin təmini, elm və texnologiya, infrastruktur (kommunikasiya yolları, bəndlərin tikilməsi, elektrik stansiyaları, bəndlər), qeyri-neft ixracatı, ümummilli gəlir, sosial inkişaf sahəsindəki fəaliyyətləri çox yaxşı olmuşdur, statistikalar sevindiricidir. Ancaq düşmənlər xalqda İnqilaba və dövlətə qarşı bədbinlik yaratmaq üçün öz təbliğatlarında bu həqiqətləri gizlətməyə çalışırlar”.
 
Ali Rəhbər çıxışının davamı İranın inkişafı üçün zəngin təbii və insani istedad və potensiallardan daha yaxşı istifadə edilməsinin zəruriliyi ilə bağlı oldu. 
 
Təhsilli və çalışqan gənclər, Ayətullah Xameneinin haqqında söz açdığı birinci potensial oldu.
 
İnqilabdan əvvəlki vaxtla müqayisədə tələbələrin sayının 23 dəfə artığını, habelə elm, sənaye, mədəniyyət və tərbiyə sahələrində fəal və yaradıcı gənclərin olmasından danışaraq dedi: “Təəssüflər olsun ki, bu gənclərdən düzgün istifadə edilməmiş və edilmir. Bu səbəbdən də gənclərin mümükün olduğu qədər özlərinin iş, təsis və təşəbbüsə cəhd göstərmələrində israrlıyam”.
 
O, “sərbəst atəş” fəaliyyətlərinin mədəni fəaliyyətlərlə məhdudlaşdırılmamasını tövsiyə etdi: “Əziz gənclər ölkənin inkişafı üçün ehtiyac duyulan bütün sahələrdə iş görə və təşəbbüs göstərə bilərlər. Təbii ki, məsul şəxslər gənclərlə bağlı əhatəli bir proqram həyata keçirməlidirlər”.
 
Demoqrafik dalğanın İranın mühüm imkanlarından olduğunu hesab edən Ali Rəhbər ölkə əhalisinin artımına qarşı olanları tənqid etdi: “Nəsil artımı siyasəti mütləq izlənməli və reallaşdırılmalıdır”.
 
O, qərblilərin “generasiyanın məhdudlaşdırılması” siyasətinin icrası ilə bağlı problemlərinə işarə edərək dedi: “İslam ölkələrində də bu siyasətin səmərəsi ölkələrin gənc nəsildən məhrum olmasıdır. Halbuki insan qüvvəsi idxal edilən deyil. Ölkə öz ehtiyaclarını fəal və məhsuldar gənclər vasitəsi ilə təmin etməlidir”.
 
Ali Rəhbər qeyd etdi ki, coğrafi məziyyətlər və qiymətli təbii mənbələr, o cümlədən ölkə ərazisinin böyüklüyü,  azad sularla qonşuluq, 15 ölkə ilə həmsərəd olmaq, şərqin qərbə, şimalın cənuba birləşdiyi nöqtədə yerləşmə ölkənin gücül cəhətlərindəndir
 
O dedi: “Əziz İran neft və qaz mənbələri baxımından dünyada birinci yerdədir. Əlbəttə, indi bu mənbələr xaricə ƏDV-siz satılır. Ancaq mənbələrin bu həcmi mühüm bir imkandır. Düşmənlər də bu səbəbdən daim İranı istila etməyə çalışırlar”.
 
Ayətullah Xamenei ölkənin imkan və potensialları ilə bağlı çıxışını yekunlaşdıraraq dedi: “Əgər bu zəngin imkanlar fəal və çalışqan gənclərin və müdirlərin iştirak və təşəbbüsü ilə birləşsə, İran iqtisadiyyatı dünyanın 12 qabaqcıl iqtisadiyyatı sırasında yer alar”.
 
O, sonra imkanlardan tam şəkildə istifadə edilməməsinin səbəbləri və maneələrindən danışdı. 
 
Ayətullah Xameneinin qeyd etdiyi birinci maneə “Ayrı-ayrı hökumətlərin bəzi  məsul şəxslərinin ölkənin potensiallarına inanmaması və əhəmiyyət verməməsi” məsəsləsi oldu. 
O, gənclərin yeni sənaye və texnologiya sahələrindəki heyrətamiz inkişaflarına işarə edərək dedi: “Nüvə sənayesi işə başladığı gün, hətta keçmiş nəslin bəzi alimləri bu sənaye sahəsində çalışan gənclərin güc və bacarığını inkar etdi. Ancaq nüvə sənayesi zirvəyə çatdığı gün həmin fərdlər etiraf etdilər ki, iranlı gənclər istədilər və bacardılar”.
 
 Ayətullah Xamenei ildirdi ki, ölkənin ən mühüm problemlərindən biri fikri problem, kütlənin və bəzi məsul şəxslərin İranın insani və təbii sərvətindən xəbərsiz olmasıdır: “Düşmən bu məlumatsızlıqdan istifadə edərək iranlının bacarmayacağını, İranın yetərli qədər resursunun olmadığını təlqin edir. Ancaq mən, əksinə, israr edirəm ki, bacararıq və İran zəngin imkanlara malikdir”.
 
O vurğuladı: “Məsul şəxslər gənclərin gücünə və bacarığına inanmalıdırlar. Gənclər də işlərində təşəbbüskarlıq göstərməli, yorulmamalı və bəzi qədirbilməzliklərdən soyumaalıdırlar”.
 
Ayətullah Xamenei rəhbəri qeyd etdi ki, ölkənin inkişafına mane olan digər maneə bəzi məsul şəxslərin az zəhmət çəkməsi və tənbəlliyidir: “Ölkə fasiləsiz və güclü iş rejimi tələb edir. Buna görə də məsul şəxslər səylərini artırsınlar”.
 
Ali Rəhbərin toxunduğu başqa bir maneə “başqasının reseptinə etimad” məsələsi oldu: “Xalq yadlar qarşısında passiv deyil, ancaq bəzi məsul şəxslər daxildənsə, xaricin reseptinə daha çox etimad göstərir”. 
 
O qeyd etdi ki, maneələrdən biri də Dünya Bankının siyasətlərinə, iqtisadi balanslaşdırma siyasəti və bəzi beynəlxalq müqavilələrə əməl etmək, əvəzində isə endogenliyə və müqavimət iqtisadiyyatına əhəmiyyət verilməməsidir: “Endogenin mənası yadların əlinə göz dikmək yox, ölkənin daxili fəaliyyətlərinə əsaslanan istehsaldır”.
 
 Ayətullah Xamenei əlavə etdi: “Keçən illər ərzində ayrı-ayrı hökumətlər Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan borc götürmək istəyirdilər. Ancaq mən icazə vermədim. Çünki yaddan istəmək və onun qarşısında öhdəlik götürmək  böyük bir səhvdir. Əlbəttə, endogenlik ölkənin qapılarını bağlamaq mənasına gəlmir. Əslində, iqtisadiyyat endogen və ekzogen olmalıdır ”.
Ali Rəhbər  “siyasi və cinahların qruplaşmasını” problem və inkişafın qarşısını alan maneə adlandırıb:
 
“Yaxşı işi hər kim görsə, onu  idarəetmə və proqramlaşdırmada inkişaf etdirmək lazımdır. Yaxşı bir işin,  qarşı cinah tərəfindən görüldüyü üçün bir kənara qoyulması səhvdir”.
 “Korrupsiya ilə ciddi mübarizənin olmamasını” ölkənin inkişafına mane olan digər amil olduğunu vurğulayan Ali Rəhbər bildirib ki, ölkədə bu gün deyildiyi və təbliğ olunduğu qədər korrupsiya yoxdur. “Ölkənin idarəetmə sistemində çalışan məsul şəxslərin əksəriyyəti mömin və dürüst insanlardır. Lakin ən az korrupsiya da ziyanvericidir. Onunla ciddi mübarizə aparılmalıdır. Korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işərin ardınca bir müddət səs-küy saldıqdan sonra ona diqqətsizlik edilməməlidir.
 
 Ayətullah Xamenei “Ölkənin neftdən asılılığını"n inkişaf üçün ən böyük maneə olduğunu deyib. “İranı neftdən asılı iqtisadiyyatdan xilas etməliyik. Ölkə iqtisadiyyatını neft asılılığından elə xilas etməliyik ki, bizim ixtiyarımız neftin əlində deyil, neftin ixtiyarı bizim əlimizdə olsun. Düşmənlərin bu vasitədən sui-istifadə edərək, habelə sanksiya və neft qiymətinin aşağı slaınması kimi siyasətlərlə işi çətinləşdirməsinə imkan verməməliyik.
 
 Ayətullah Xamenei İran xalqının inkişafına mane olan digər amillər kimi əhalinin yaşayış tərzindəki bəzi yanlışlıqları, o cümlədən israfçılıq, istehlakçılıq, ifratçı dəbdəbə və aristokratlığı, eləcə də əcnəbi istehsalı olan məhsulların istifadəsini göstərdi.
 
Ali Rəhbər bildirib ki, hamı iqtisadiyyata və daxili məhsulların istifadəsinə təəssüblə yanaşmalıdır. Əgər gənclər futbolda yaşıl və qırmızı komandaya və ya bəzi əcnəbi futbol klublarına tərəfdarlıq, fanatlıq etdikləri qədər daxili iqtisadiyyata, milli istehsalın istifadəsində də təəssübkeşlik etsələr, ölkə iqtisadiyyatı inkişaf edər.
 
Ayətullah Xamenei öz çıxışının digər hissəsində Yeni Günəş ilinin "İran məhsullarına dəstək" şüarının önəmi, onun icrası və yerinə yetirilməsi üçün görülməsi zəruri olan işlərdən danışıb.
 
Ali Rəhbər öncə məsul şəxslərin icra etməməsi səbəbi ilə il üçün şüar təyin edilməsinin faydasız olduğunu düşünənlərin bu baxışını qəbul etmədiyini bildirib və qeyd edib ki, illik şüarların qeyd olunmasının 2 məqsədi var: 
 
1. Hökumət rəhbərlərinin icra və əməli siyasətlərinə yön verilməsi;
 
2. Öhalinin diqqətini ölkənin mühüm problem və ehtiyaclarına cəlb etmək.
 
Ayətullah Xamenei bildirib ki, məsul şəxslər gücləri çatdığı qədər çalışırlar. Bu çalışmalar daha da çoxalmalıdır ki, daha yaxşı nəticələr əldə olunsun.
 
Ali Rəhbər İran məhsullarını xalqın müxtəlif təbəqələrinin və məsul şəxslərin təşəbbüsü, işi, investisiya və proqramının nəticəsi olduğu üçün çox önəmli  və əzəmətli bir iş olduğunu qeyd edərək bildirib ki, iqtisadi fəallar və istehsalçılar investisiya yatırımı etməklə, məsul şəxslər proqramlaşdırma həyata keçirməklə, gənclər öz bilik və layihələri ilə, fəhlələr səy və çalışmaları ilə cəmiyyətə məhsul təqdim edirlər. Xalq da istehsal sahəsində effektiv rol oynamaqla yanaşı, təəssübkeşlik və qeyrət nümayiş etdirərək, İran məhsulunun alqısı və istehlakı iləbu iş və fəaliyyət zəncirinin son məhsulunu dəstəkləməlidir.
 
Ayətullah Xamenei İran məhsullarını necə dəstəkləmək sahəsində tətbiq edilə biləcək bəzi məsələləri açıqlayıb. İstehsalı artırmaq üçün proqramın hazırlanması, məhsulların keyfiyyətinin yüksəldilməsi, xalqın səliqəsi və günün tələbinə uyğunlaşdırılması, İran məhsullarının əcnəbi məhsullarla rəqabət apara biləcək və onlardan daha ucuz olması kimi məsələləri qeyd edib.
 
Ayətullah Xamenei İran məhsullarını dəstəkləmək üçün ixracat marketinqinin önəmindən danışaraq bildirib ki, ölkənin Xarici İşlər Nazirliyinin, Ticarət Nazirliyinin və İqtisadi fəallarının ən önəmli vəzifələrindən biri ixracat marketinqini həyata keçirməkdir. Əgər biz İranın 15 qonşu ölkəsinin bazarının tələbatının 20%-ni keyfiyyətli İran məhsulları ilə təmin edə bilsək, işsizliyin aradan qaldırılması və milli sərvətin artırılması sahəsində önəmli addım atmış olacağıq.
 
Daha sonra Ayətullah Xamenei "İran məhsullarını dəstəkləmək" şüarının yerinə yetirilməsi məsələsinin önəmindən danışaraq bildirib ki, hökümət idxalatın idarə edilməsinə ciddi nəzarət etməlidir. Bu idxalat həm dövlət səviyyəsində, həm də özəl sektorda nəzarətə götürülməlidir. Ölkə daxilində istehsal edilən və ya istehsal edilməsi mümkün olan məhsulların digər ölkələrdən ölkəyə gətirilməsi tamamilə dayandırılmalıdır.
 
Ayətullah Xamenei idxalatın ölkədəki istehsala əsaslı ziyanverici təsirə malik olduğunu vurğulayıb və bildirib ki, əcnəbi cinslər sel kimi ölkəyə idxal olunur və bunun ardinca ölkədə işsizliyin olması tənqid olunur.
 
Ayətullah Xamenei qaçaqmalçılıqla mübarizənin ciddi nəzarət edilməsini İran məhsullarını dəstəkləmək üçün önəmli məsələ adlandırıb. Bildirib ki, xalq qaçaqmalçılıq yolları ilə ölkəyə gətirilən məhsulların alışı və istifadəsindən imtina etməlidir. Belə olduqda, qaçaqmalçılıq heç bir kəs üçün sərfəli olmaz.
 
Ayətullah Xamenei həmçinin, iqtisadi fəalların investisiya yatırılması ilə bağlı öz məsləhətlərini bildirərək qeyd edib ki, bu kimi investisiya yatırılmalarının gəlir gətirməsi ilə yanaşı ölkənin inkişafı üçün xalis niyyətlə yerinə yetirilməlidir. Belə olduqda bu həm də ibadət hesab olunur.
 
Ali Rəhbər qeyd edib ki, biz məsul şəxslər, iqtisadi fəallar, satıcılar, istehlakçılar və bir sözlə hamı qeyrət və təəssüblə İran məhsullarını dəstəkləməliyik.
Ayətullah Xamenei çıxışının sonunda regiondakı proseslər və ABŞ-ın çirkli oyunları haqqında danışdı və bildirdi ki, ötən bir il ərzində İslam Respublikası regionda İran xalqının iqtidar və izzət bayrağını dalğalandıra bildi. Eləcə də regionda təhlükəsizliyin təmini və təkfirçilərin məğlub edilməsində önəmli rol oynadı.
 
Ayətullah Xamenei qeyd etdi ki, İslam Respublikası bu böyük addımla ABŞ-ın regiondakı planlarını iflasa uğratdı.
 
 "Hazırda dünyanın müxtəlif bölgələrində daxili proseslərə həmişə müdaxilə edən beynəlxalq güclər İslam Respublikasına etiraz edərək deyirlər ki, İran nə üçün regionun məsələlərinə, proseslərinə müdaxilə edir? Onların cavabında deyirəm: Bu mövzunun sizə heç bir aidiyyatı yoxdur. 
 
Ayətullah Xamenei qeyd edib ki, İslam Respublikasının regionun bəzi ölkələrində iştirak etməsi, həmin regionun əhalisinin istəyi ilədir. Biz zorakılıq etməmişik və heç bir ölkənin daxili işinə müdaxilə etməmişik. Yardım istəyiblər və biz də onlara yardım etmişik. Bu yardımı məntiqli motivlər, çox rasional hesablamalar ilə həyata keçirtmişik. Emosional olaraq deyil.
Ali Rəhbər ABŞ-ın regionla bağlı bəzi layihələrinə toxunub və bildirib ki, ABŞ istəyirdi ki, İŞİD kimi pis, amansız və nifrətli qruplar yaratmaqla region əhalisini daxili müharibələrlə məşğul etsin. Onların diqqətini qəsbkar sionist rejimindən yayındırsın. Lakin biz Allahın yardımı ilə bu planı iflasa uğratdıq.
 
Ayətullah Xameni ABŞ-ın İŞİD-in məğlub edilməsindəki rolu ilə bağlı iddiasının yalan olduğunu deyib. “Bu iddia yalandır, çünki ABŞ-ın siyasəti  İŞİD və İŞİD kimiləri qorumaqdır.  Əlbəttə, belə edir ki, onlar ABŞ-ın tabeçiliyində olsun. 
 
Ali Rəhbər bildirib ki,  ABŞ-ın   İŞİD –i məhv etmək üçün heç bir motivi yoxdur. “Bunadan başqa, ABŞ  regionda təhlükəsizliyi təmin etmə gücündə deyil.  Bunun aşkar nümunəsi  onların Əfqanıstandakı 14 illik  iştirakıdır.  Əfqanıstan xalqı üçün sabitliyi ərmağan gətirmədikləri kimi,  gərginliy daha da  artırıb və durumu ağırlaşdırıblar.”
 
Ayətullah Xamenei  qeyd edib ki, İslam Respublikası  regionda  təhlükəsizliyi təmin edə bildi. “Bundan sonra da bu belə oalcaq və heç şübhəsiz  ABŞ regionla bağlı proseslərdə öz məqsədinə çatmayacaq.  İran İslam Respublikası Allahın yardımı ilə  regiondakı bütün məqsədlərini həyata keçirəcək.”
 
Ayətullah Xamenei  çıxışını yekunlaşdıraraq, sonda beş mühüm məsələni qeyd etdi: 
 
- Ölkədə  həll olunması  mümkinsiz olan heç bir problem yoxdur və  problemlərin həllinin açarı əcnəbilərin deyil, İran xalqının və məsul şəxslərin əlindədir. 
 
- İslam İnqilabı öz əsas prinsiplərini və şüarlarını qorumaqla  tam güc və ruh yüksəkliyi ilə irəliləyir. İnqilabın 40-cı ili onun yaşlanma və geriləmə yox, təcrübə və yetkinləşmə dövrüdür. 
 
- Gənclər  ölkənin  qiymətli sərmayəsi və ümididir. Yüksək texnologiya,  mədəniyyət, incəsənət, hərbi, komandanlıq və idarəetmədə  aktiv iştirak edirlər. İdarəetmədə bu qiymətli sərmayədən daha çox istifadə olunmalıdır. 
 
- Düşmənin  üçüncü və dördüncü nəslin İnqilabdan üz döndərməsinə olan boş ümidinə baxmayaraq,  bu iki nəslin İnqilab yönümlülüyü  və sadiqliyi  daha dərindir.  Birinci nəsildən çox olmasa da, az deyil. 
 
- Və düşmən  problemləri həddən artıq şişirtməyə çalışır, lakin  bu problemlər gənclərin əli və allahın yardımı ilə həll oluna bilər.  Buna görə də düşmən  gənc nəslin inkişaf və tərəqqisindən narahat olur və əsəbləşir. 
 

Google+ WhatsApp ok.ru