Azərbaycan Ermənistanı raket atəşinə tutmağa başladı 02 Avqust 2014 01:00 Hərb Ermənistan Müdafiə Nazirliyi bu dəqiqələrdə cəbhədəki vəziyyətlə bağlı təcili bəyanatla çıxış edərək Azərbaycan tərəfini atəşi dayandırmağa çağırıb. Virtualaz.org saytının erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir ki, son günlər Dağlıq Qarabağ “qüvvələri” ilə Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində vəziyyət kəskin şəkildə gərginləşib. Azərbaycan Silahlı Qüvvələri erməni mövqelərinə dalbadal həmlələr edir. “Qarabağın mövqelərinə atıcı silahlardan və artilleriya qurğularından, minomyotlardan, zenit-raket qurğularından, termobarik qumbaralardan atəş açılır. Həmçinin sərhədboyu yaşayış məntəqələrinin atəşə tutulması halları artıb. Tərəflərin itkiləri günü-gündən artır” - deyə bəyanatda bildirilir. Düşmən ölkənin Müdafiə Nazirliyi Azərbaycan tərəfini vəziyyətin sonrakı gərginləşməsinə aparıb çıxaran addımlardan çəkinməyə, təmas xəttində vəziyyətin sabitləşməsi üçün səylər göstərməyə çağırır. Teqlər : #Azərbaycan Ermənistanı raket atəşinə tutmağa başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda jurnalistlər hərbi toplanışa çağırılır Ermənilər daha bir itkini açıqladı: baş leytenant Zorik öldürülüb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'