Ermənilər daha bir itkini açıqladı: baş leytenant Zorik öldürülüb 02 Avqust 2014 01:00 Hərb Erməni mənbələri cəbhədə son üç gündə gedən döyüşlərdə itkilərini bir-bir açıqlamaqdadır. Bu gün qondarma “DQR prezidenti” Bako Saakyan “Qarabağ müdafiə ordusunun” N saylı hərbi hissəsinin zabiti, baş leytenant Zorik Gevorqyanın ölümündən sonra təltif edilməsi barədə “fərman” verib. “Fərman”a əsasən baş leytenant Zorik Gevorqyan son döyüşlərdə göstərdiyi “şücaətə görə” təltif edilir. Bununla da erməni tərəfinin rəsmən açıqladığı itkilərin sayı 4-ə çatıb. Azərbaycan tərəfinin rəsmən açıqlanan itkiləri isə son üç gündə azı 16 nəfər təşkil edir. Teqlər : #Ermənilər daha bir itkini açıqladı: baş leytenant Zorik öldürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Ermənistanı raket atəşinə tutmağa başladı Müdafiə Nazirliyi: `Düşmənə qarşı müasir silahlardan istifadə olunur və olunacaq`
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'