Azərbaycanda daha bir mobil operatora lisenziya verilib 03 Sentyabr 2014 01:00 Xəbərlər Naxçıvan Muxtar Respublikasının (NMR) “Naxtel” CDMA simsiz rabitə operatoru bu yaxınlarda LTE (4G) texnologiyasının tezliklərini və lisenziyasını alıb. “APA-Economics”in məlumatına görə, bu haqda jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. “Hazırda “Naxtel” Naxçıvandan savayı, Azərbaycanın digər rayonlarda da fəaliyyət göstərmək üçün müraciət edib. Birinci mərhələdə biz onun rominq xidmətlərini təşkil edəcəyik, sonradan isə onun bütün Azərbaycan ərazisində lisenziyalaşdırılması məsələsinə baxacağıq. Tezliklərin toqquşması olmasa, biz yəqin ki, bu imkanı onlara verəcəyik”, - deyə nazir qeyd edib. Teqlər : #Azərbaycanda daha bir mobil operatora lisenziya verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Komitə sədri yas mərasimləri ilə bağlı inzibati qadağanın əleyhinə çıxdı Azərbaycanda süni yağış yağdırılacaq