Azərbaycan Ruhanilər Məclisi Qədir-Xum bayramı münasibətilə təbrik edir

Azərbaycan Ruhanilər Məclisi (ARM ) Zilhiccə ayının 18-i Qədir-Xum bayramı münasibətlə təbrik bəyanatı yayıb və bütün müsəlmanları xüsusi ilə Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edir.

ARM-ın bəyanatında bildirilir: “Heç şübhəsiz ki, Qədir-Xum hadisəsi  İslam tarixində böyük əhəmiyyətə malikdir. Allah Rəsulu (s) Qədir-Xumda öz risalət dövrünün ən əsas missiyasını həyata keçirdi. O, Həzrət (s) Qədir-Xum adlanan çöllükdə Əli  ibn Əbi Talibin (ə) imamət və vilayətini müsəlmanlara elan etdi.  Daha sonra müsəlmanlar Həzrət Əli (ə) ilə imam və rəhbər olaraq beyət etdilər. Qədir-Xum tarixdə kənarından ötəri keçə bilinəcək baş vermiş hər hansı sadə bir hadisə deyil.  Qədir-Xum təfəkkür və düşüncə tərzidir. Qədir-Xum varlığın sonuna qədər qaynayacaq bir bulaqdır.  Qədir-Xum haqq ilə beyət günüdür.  Qədir-Xum  itaətkar və  xəyanətkarların ortaya çıxdığı gündür.  Bu səbəbdən Qədir-xum haqq məzhəri olan İslam dininin ən böyük bayramlarından biridir.  Bir daha  bu böyük bayram münasibəti ilə bütün dünya müsəlmanlarını xüsusi ilə Əhli-Beyt (ə) sevən əziz həmvətənlərimizi təbrik edir və sülh və əmin-amanlıq arzulayırıq”.

Azərbaycan Ruhanilər Məclisi

Google+ WhatsApp ok.ru