Azərbaycanla Rusiya birgə hərbi təlim keçirəcək 01 Dekabr 2014 02:00 Xəbərlər Gələn il Xəzərdə sahilyanı ölkələrin iştirakı ilə hərbi təlimlər keçiriləcək. RİA Novostinin məlumatına görə, təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstanın hərbi-dəniz qüvvələri iştirak edəcək. Bundan başqa Rusiya və Azərbaycanın hərbi-dəniz qüvvələri ayrıca birgə təlim keçirəcəklər. Rusiyanın Cənib-Şərq Dairəsindən verilən məlumata görə, Rusiya tərəfindən təlimlərdə “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri iştirak edəcək. Bu gəmilərin əsas işi ölkənin iqtisadi zonasını qorumaqdır. / Teqlər : #Azərbaycanla Rusiya birgə hərbi təlim keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Almaniyada İmam Əliyə (ə) mənsub ən qədimi Qurandan görmədiyiniz fotolar Xəzər dənizinin şərqini bir-birinə birləşdirən dəmiryolu istifadəyə verilir