Azərbaycanda 9 il həbs cəzası alan qadına bəraət verildi

Azərbaycanda dələduzluq etməkdə təqsirli bilinən qadın bəraət alıb. 
 
Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə ), 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən Tanrıverdiyeva Qədəm Möhbəli qızına Sumqayıt Apelyasiya Məhkəməsi bəraət hökmü çıxarıb. 
 
Bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi Q.Tanrıverdiyevanı 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi.

Google+ WhatsApp ok.ru