Azərbaycanlı hərbçi həlak oldu

Ukraynada daha bir azərbaycanlının yaralandığı bildirilir
 
Ukraynada ordusunda separatçılara qarşı döyüşən azərbaycanlı hərbçi həlak oldu. Ukraynada yaşayan soydaşlarımızın verdiyi məlumata görə, həmyerlimiz Bəşirov Tahirin Luqansk vilayətində separaatçılarla gedən döyüşlərdə həlak olduğu bildirilir.
 
Ukrayna ordusunda xidmət edən 30 yaşlı Tahir Bəşirovun minaya düşdüyü bildirilir. Soydaşımız bu gün Kiyev şəhərində dəfn olunub.
 
Məlumata görə, dəfn mərasimində Ukraynanın rəsmi nümayəndələri ilə yanaşı, bu ölkədə yaşayan azərbaycanlılar da iştirak edib.
 
Son döyüşlərdə daha bir azərbaycanlı hərbçi yaralanıb. ans /

Google+ WhatsApp ok.ru