Ermənistanın pilotsuz təyyarəsini məhv etdik - VİDEO

Maide.az-ın verdiyi məlumata görə, Müdafiə Nazirliyi Ermənistanın pilotsuz uçan aparatının məhv edilməsi ilə bağlı məlumat yayıb. 
 
Yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.
 
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Google+ WhatsApp ok.ru