Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı - FOTO 15 Aprel 2015 01:00 Hərb NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 35 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Maide.az Müdafiə Nazirliyinin məluamtına istinadla xəbər verir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir. Teqlər : #Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya qırıcıları Ermənistan səmasında Goranboyda 22 yaşlı gənc minaya düşdü, ayağı amputasiya olunub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'