Azərbaycanda 36 dərəcə isti olacaq- Proqnoz

Mayın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.
 
Abşeronda havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 29-33 dərəcə isti təşkil edəcək. Bakıda isə havanın temperaturu gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir, qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36 dərəcə isti təşkil edəcək.
 
Dağlarda isə havanın temperaturu gecə 11-15, gündüz 20-25 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru